"Keşlə"dən aztəminatlı ailələrə yardım

"Keşlə"  "siz evdə qalın, biz sizə gələk" adlı kampaniya keçirib. Newsport.az xəbər verir ki, klub rəhbərliyi aprelin 9-da Nərimanov və Nizami rayonları ərazisində yaşayan 200 aztəminatlı ailəyə ərzaq  paylayıb.

Aksiyada klubun işçi heyəti, əsas komandanın məşqçilər korpusu və futbolçular iştirak ediblər. Klubu nümayəndələri görüş zamanı həmçinin profilaktik tədbirlərin vacibliyini bildirib və vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırıblar.

Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri "Keşlə" Futbol Klubuna minnətdarlıqlarını ifadə ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right