AVRO-2020-nin ev sahibləri dəyişə bilər

UEFA növbəti il keçirməyi planlaşdırdığı Avropa çempionatına ev sahiblərinin azaldılması ilə bağlı müzakirələrə başlayıb. Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Təşkilat bəzi ölkələrin növbəti turnirə ev sahibliyi etməyə hazır olmamasından ehtiyatlanır. İspaniya və İtaliyada koronavirus səbəbindən çoxlu sayda ölüm olması federasiyalarının yarışa ev sahibliyi etmək istəyini şübhə altına qoyub. Eyni zamanda bir çox stadionda 2021-ci ilin yayında planlaşdırılmış digər turnirlərin keçirilməsi də problem ola bilər.

Qeyd edək ki, AVRO-2020 bu yay 12 şəhərdə - London, Münhen, Bakı, Roma, Sankt-Peterburq, Budapeşt, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Bilbao, Amsterdamda keçirilməli idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right