"Nazarovla müqavilə imzaladığımız üçün sevinirəm" klub rəhbəri

Dimitri Nazarovun formasını geyindiyi “Ersgebirge”nin prezidenti Holqe Leonhardt Almaniya mətbuatına müsahibə verib.

Newsport.az xəbər verir ki, klub rəhbəri 6 futbolçunun 2023-cü ilə qədər komandada qalacağının sevindirici olduğunu bildirib:

“Nazarov və digər futbolçularla öncədən müqavilə imzaladığımız üçün sevinirəm. Onlar 2023-cü ilə qədər bizimlə bərabər olacaqlar. Beləliklə, komandanın özəyini qorumuş olduq. Hazırda koronavirus üzündən klublar ciddi maliyyə böhranı yaşayırlar. Ancaq bu müqavilələr bizi rahatladır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right