Alper Potukun "Qarabağ"a yolu açılır

“Fənərbaxça” Alper Potuku göndərir. Newsport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, İstanbul təmsilçisi yeni mövsümdə heyətdə köklü dəyişikliklər edəcək. Bunun üçün də bir çox oyunçu ilə yollar ayırılacaq. Komandadan göndəriləcək futbolçuların içində Alper Potukun da adı var. Türkiyə millisinin sabiq üzvünün “Fənərbaxça”dan gedəcəyi dəqiqdir. Ancaq klub rəhbərliyi Alperdən başqa cür də istifadə etmək istəyir. Belə ki, onu “Göztəpə”də çıxış edən Alpaslan Öztürklə dəyişdirməyi düşünür.

Lakin 29 yaşlı futbolçunun buna müsbət yanaşmadığı qeyd edilib. Oyunçu mövsüm sonunda klub rəhbərliyi ilə danışığa gedəcək. Alperin “Fənərbaxça”nın prezidentdi Ali Koçla görüşəcəyi və müqaviləsinə qarşılıqlı xitam verilməsini istəyəcəyi bildirilir. Bu təqdirdə isə Potuk azad agent olacaq və istədiyi komanda ilə rahat görüşə biləcək.

Futbolçunun azad agent olması isə “Qarabağ”a mümkün transfer yollarını açır. Qışda Potuku rənglərinə bağlamaq istəyən Ağdam klubu maliyyə səbəbindən oyunçunu ala bilməmişdi. Ancaq yarımmüdafiəçi azad agent olarsa, “Qarabağ”la yenidən danışıqlara başlayacaq. Türkiyə mətbuatı yanvarda Alperin Azərbaycana gəlməyə müsbət yanaşdığını ancaq maddi problemin buna əngəl olduğu yazmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right