Dmitri Nazarov komandası üçün fədakarlıq edəcək

Milli komandamızın üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”də oyunçular komandaya maddi dəstək olacaqlar. Newsport.az xəbər verir ki, bu barədə klub saytından məlumat verilib.

Məsələ ilə bağlı danışan Aue təmsilçisinin idman direktoru Maykl Volt yaranmış vəziyyətdən birlikdə çıxmalı olduqlarını bildirib: “Bu böhrana bir yerdə qalib gəlməliyik. Hamımız bacardığımız qədər kömək edəcəyik. Futbolçular və məşqçilər heyəti buna razılıq veriblər. Bundan sonra uzun illər birlikdə oynaya bilməmiz üçün klubu yaşatmalıyıq”.

Açıqlamada ölkədən çıxış məhdudiyyəti olduğu üçün legioner futbolçuların edvə qaldığı və hələ bir müddət məşqlərin bərpa edilməyəcəyi vurğulanıb.

Qeyd edək ki, Almaniyada çempionatlar koronavirus pandemiyası sürətlə yayılmağa davam etdiyi üçün aprelin 30-na qədər təxirə salınıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah