“Beyl təklif etdiyimiz məbləğə razılaşmadı, Miçeli aldıq”

2009/10 mövsümündə İngiltərənin “Birmingem” klubunun baş məşqçisi olmuş Aleks Makliş hazırda “Qarabağ”da oynayan Miçeli necə transfer etmələri barədə danışıb.

Newsport.az xəbər verir ki, “La Voz de Asturias” nəşrinə müsahibəsində şotlandiyalı mütəxəssis deyib ki, onlar ilk əvvəl həmin vaxt komandası “Tottenhem”də mövsümü yaxşı keçirməyən Qaret Beyli almaq istəyiblər: “Gənc Beylə 3,3 milyon avro təklif edildi. Amma nə Beyl, nə də məşqçi heyəti bu məbləğə razı oldu”.

Bundan sonra “Birmingem” orta xətti gücləndirmək üçün alternativ namizədlər üzərində düşündük. Həmin vaxt “Sportinq”də (Xixon) oynayan 24 yaşlı Miçel namizədlər arasında ən yaxşı variant olub: “Ona görə mən dedim ki, yanvarda keyfiyyətli oyunçu almalıyıq. Miçel elə biri idi. Şadam ki, o, bizim komandaya gəldi. Miçelin oyununu bir il idi izləyirdim. Hətta oyununa canlı baxmaq üçün İspaniyaya da getmişdim. Onun yaxşı təcrübəsi vardı, topla texnikalı davranır və keyfiyyətli oynayırdı. Mən həqiqətən düşünürdüm ki, o, komandanı gücləndirə bilər”.

Amma ispan futbolçu İngiltərədə möhkəmlənə bilməyib və bir il sonra Yunanıstanda AEK-ə icarəyə göndərilib. Daha sonra o, “Makkabi”yə (Tel-Əviv), 2015-ci ildə isə “Qarabağ”a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right