Hafiz Məmmədov: "Belə insanlara dəstək olmaq lazımdır"

«Mən sevinirəm ki, belə bir insan klubumuzda çalışıb».

Newsport.az-ın məlumatına görə, bu sözləri Sportinfo.az-a açıqlamasında artıq fəaliyyətini dayandırmış «Bakı»nın prezidenti Hafiz Məmmədov deyib.

Tanınmış iş adamı bugünlərdə 60 illik yubileyini qeyd edən Novruz Əzimov barədə saytımız vasitəsilə bölüşüb.

1960-cı il martın 19-da Laçında dünyaya gələn N.Əzimov futbolçu kimi Naxçıvan “Araz”ında, “Neftçi”də, “Kəpəz”də, “Göyəzən”də, Lvov MOİK-ində, Stavropol “Dinamo”sunda, Voronej “Fakel”ində çıxış edib.

Məşqçi olaraq “Dinamo”, “Kəpəz”, “Olimpik” (AZAL), “Bakı”dakı fəaliyyəti ilə yadda qalıb. «Bakı» 2012-ci ildə onun rəhbərliyi altında Azərbaycan kubokunu qazanıb.

H.Məmmədov yubileyi münasbtilə N.Əzimovu təbrik edib: «Mən onu dürüst insan və yaxşı məşqçi kimi tanımışam. Bilirəm ki, vaxtilə «Bakı»da işləyənlərin hamısı da Novruz müəllimi bu cür tanıyır.

Klubumuzun qazandığı uğurların bir çoxunda onun əziyyəti və xidməti var. Hər şey mənim çox yaxşı yadımdadır.

Saytınız vasitəsilə həm özümün, həm də «Bakı»nın keçmiş kollektivi adından onu təbrik etmək istəyirəm. İnanıram ki, o, bundan sonra hələ uzun illər Azərbaycan futboluna fayda verəcək.

Əzimov kimi vətənpərvər insanlara dəstək olmaq lazımdır. Qismət olarsa, «Bakı» bir gün geri qayıdar və Novruz müəllim yenidən bizimlə çalışar».





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah