Şahruddin çempionatın lideridir

Bu mövsüm ən çox quru oyun keçirən qapıçı Şahruddin Məhəmmədəliyevdir.

 

Newsport.az xəbər verir ki, “Qarabağ”ın qapıçısı Premyer Liqanın 9 matçında qapısını toxunulmaz saxlayıb. Onun ən yaxın izləyicisi Səlahət Ağayevdir. “Neftçi”nin qolkiperi 8 qarşılaşmada qol buraxmayıb.

 

Çempionatın turnir cədvəlində olduğu kimi bu siyahıda da “Qarabağ” və “Neftçi”dən sonra “Keşlə” təmsilçisi gəlir. Moldovalı Stanislav Namaşko 7 matçı quru keçirib.

 

Ən azı 5 belə oyun keçirən digər qapıçı da “Qarabağ”ın üzvüdür. Asmir Beqoviç qısa müddət çıxış etdiyi çempionatın 6 matçında qapısının toxunulmazlığını qoruyub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right