"Qorxulu günlər yaşayırıq" - Vaqner

"Qarabağ"ın qapıçısı Vaqner da Silva açıqlama verib.

Newsport.az-ın məlumatına görəo, "Globoesporte" nəşrinə koronavirus pandemiyası ilə bağlı Azərbaycanda yaranan durumdan danışıb.

"Məkbətlər bağlıdı. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdı. Küçələrdə insanlar azdı, uçuşlar ləğv edilib. Qorxulu günlər yaşayırıq. İran Azərbaycanla həmsərhəddi, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridi".

Vaqner çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: "İşə qayıtmaq üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Tanrının köməyi ilə hər şey qısa müddətdə normallaşacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right