Kamran Quliyev də çağırışa qoşuldu

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun #EvdəQalSağlamQal çağırışına "Neftçi" klubunun prezidenti Kamran Quliyev də qoşulub.

Newsport.az-ın məlumatına görə, federasiya rəsmisindən estafeti qəbul edən K.Quliyev onu "Neftçi" ailəsinin üzvləri olan klub işçilərinə, komandaların futbolçularına, veteranlara və azarkeşlərə ötürüb.

Qeyd edək ki, E.Məmmədov dünən Premyer Liqa klublarının rəhbərliyini çağırışa qoşulmağa dəvət edib.


 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right