"Onun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması qərarıma təsir etdi"

"Səbail"in cənubi afrikalı futbolçusu Hendrik Ekşteyn açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi mövsümün əvvəlində "Sabah"a keçidi haqda danışıb. O, Azərbaycana gələrkən tərəddüd etdiyini söyləyib:

 

"Bir neçə aydır Azərbaycandayam. Ən çox atam, ailəm və dostlarım üçün darıxıram. Açığı, "Sabah"a keçmək istəmirdim. Çünki Bakı haqqında heç bir məlumatım yox idi. Amma sonra bir qədər düşündüm və karyeramda yeni səhifə açmağa qərar verdim. Dino Ndlovunun "Qarabağ"ın heyətində böyük turnirlərdə oynaması və titullar qazanması da qərarıma təsir etdi".

 

Hendrik Ekşteyn ötən yay "Sabah"a keçsə də, qış fasiləsində onunla yollar ayrılmışdı. Cənubi afrikalı oyunçu  daha sonra "Səbail"lə müqavilə imzalamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right