"Rəşad Sadıqovu milliyə baş məşqçi təyin etsələr, xeyirli olar"

"Səbail"in kapitanı Rahid Əmirquliyev müsahibə verib.

- Koronavirus pandemiyası ilə bağlı ölkə çempionatına bir aylıq fasilə verilib. Bu barədə nə düşünürsən?

- Bu, insanların təhlükəsizliyi üçündür. Sağlamlıq hər şeydən vacibdir. Bu qərara müsbət yanaşıram və dəstəkləyirəm.

- Fasilənin klublara hansı fəsadları dəyə bilər?

- Bu elə bir şeydir ki, bir komandaya yox, bütün klublara təsir edəcək. Hamı üçün eyni vəziyyətdir. Kiməsə güzəşt yoxdur. Ancaq bu təsir nə dərəcədə olacaq və kim daha tez forma yığacaq onu zaman göstərər

- Özünü virusdan qorumaq üçün hansısa tədbirlər görürsənmi?

- Dövlət nə deyirsə çalışıb onu edirik. Xüsusi nəsə etmirəm. Çalışıram çox vaxt evdə olum və toplum olan yerə çox çıxmayım.

- Məşqlər və oyunlar yoxdur. Asudə vaxtını daha çox nəyə sərf edirsən?

- Gəlmişəm rayondayayam. Vaxtımı daha çox uşaqlarla keçirirəm.

- Hələlik fasilə 1 ay nəzərdə tutulub. Amma çempionat başa çatdırılmaya da bilər. Belə olarsa, avrokuboklara gedəcək komandalar hazırkı turnir cədvəlinə görə təyin olunarsa, "Səbail" kənarda qalacaq ...

- Mən bunun baş verəcəyinə inanmıram. Yəqin ki, çempionat davam etdiriləcək. Tək bizim yox, bir neçə komandanın şansı hələ də qalır. Ona görə də məncə, belə qərar bütün klublara qarşı haqsızlıq olardı

- Son oyunda məğlub olsanız da, "Səbail" üçüncü dövrəni uğurlu keçirirdi. Düşünmürsən ki, fasilə sizin üçün heç yerinə düşmədi?

- Fasilədən sonra, həqiqətən, yaxşı başladıq. Komanda artıq tempi tutmuşdu. Fasilə olması yerinə düşmədi. Bunu bizə mənfi saymaq olar. Amma bilmək olmaz, bəlkə də, fasilədən sonra daha uğurlu çıxış etdik.

- Artıq yaydan "Səbail"də maliyyə sıxıntısı olduğu deyilir. Düşünmək olar ki, bu mövsüm sənin üçün "Səbail"də sonuncu mövsüm olacaq?

- Müqaviləm yayda başa çatacaq. Hələ də yeni müqavilə təklif olunmayıb. Ona görə də hər şey ola bilər.

- 3 aydan artıq vaxt keçib, amma milli komandamızda baş məşqçi postu hələ də boşdur. Səncə, təyinat niyə gecikir?

- Çoxdandır bu söhbət gedir. İndiyə kimi bu təyinat baş tutmalı idi. Həm milli üçün, həm də baş məşqçi üçün bu yaxşı olardı.

- Rəşad Sadıqovun təyinatı daha çox müzakirə olunur. Sən nə düşünürsən bu təyinat barəsində?

- Rəşad ölkə futbolunda tanınmış simadı. Futbolumuzu yaxşı tanıyanlardan biridir. Məncə, bu təyinat millimizə xeyirli olar. Vaxt verilsə, zamanla uğurlu ola bilər.

- Millətlər Liqasında Kipr, Lüksemburq, Monteneqro ilə mübarizə aparacağıq. Şanslarımızı necə qiymətləndirirsən?

- Monteneqronu bir qədər fərqləndirərdim. Məncə, elə bir qrupdur ki, hər bir rəqibə qarşı oynamaq olar.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right