"Çölə çıxmaqda problem yoxdu" Miçel

"Qarabağ"ın futbolçusu Miçel Madera İspaniya mətbuatına açıqlama verib. Newsport.az xəbər verir ki, o, koronavirusun yayılmasından sonra Azərbaycandakı vəziyyət haqda da danışıb:

“Keçən həftəyə qədər hər şey qaydasında idi. Ancaq son turlarda çempionat dayandı. Kafe və restoranlar axşam saat 9-dək işləyir. Çölə çıxmaqda problem yoxdur. Bir çox yerə girməzdən əvvəl hərarətinizi ölçürlər. Komanda məşqləri saxlasa da, özümüz fərdi şəkildə hazırlığımızı davam etdiririk”.

Qeyd edək ki, Miçel zədə səbəbindən Premyer Liqanın XIX və XX turlarını buraxıb.   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right