Gürcüstan klubu azərbaycanlı futbolçunu göndərdi

Gürcüstanın “Merani” klubu azərbaycanlı futbolçu Tural Rzayevlə müqaviləyə xitam verib. Newsport.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə anlaşma qarşılıqlı razılaşma ilə pozulub.

Fevralda “Merani”yə transfer olan Turalın komandada bir ay qala bilib. Klubun onunla müqaviləni pozmasına futbolçunun zədəsi səbəb olub. Gürcüstan klubu oyunçunun müalicəsi üçün bütün xərcləri ödədikdən sonra belə bir qərar verib.

Qeyd edək ki, Tural daha öncə “Kəpəz” və Litvanın “İonava” klublarında çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right