Azərbaycanın Türkiyə ilə yoldaşlıq oyunu keçirilməyəcək

Mayın 26-da Alanyada keçirilməsi planlaşdırılan Türkiyə və Azərbaycan milli komandalarının yoldaşlıq oyunu baş tutmayacaq.

 

Newsport.az xəbər verir ki, buna UEFA-nın federasiyalara verdiyi tapşırıq səbəb olub.

 

UEFA-nın klub və milli komandalar səviyyəsində həm kişilər, həm də qadınlar arasında oyunları (yoldaşlıq görüşləri daxil olmaqla) növbəti qərar qəbul olunana qədər təxirə salınıb.

 

Azərbaycan millisinin martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta yığması ilə keçiriləcəyi yoldaşlıq oyunları ləğv olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right