Əliyevin biri zirvədə, digəri çox uzaqda

Azərbaycan Premyer Liqasının arxada qalan 20 turu çempionatlar tarixinin ən məhsuldar 10 futbolçusu siyahısında heç bir dəyişikliyə səbəb olmayıb.

 

Newsport.az PFL-ə istinadən xəbər verir ki, ən yaxşı 10 bombardir karyerasını başa vuranlardan ibarətdir. Hələ çıxışını davam etdirənlər isə liderlərdən çox uzaqdır.

 

“Top-10”dakı oyunçuların hamısı 100 qol səddini aşıb. Cari mövsümdə Premyer Liqada meydana çıxanlar arasında rekordçu isə Rauf Əliyevdir. O, cəmi 57 qola sevinib.

 

Cədvələ 183 qol vuran Nazim Əliyev başçılıq edir. Müşfiq Hüseynov ondan 58 top geri qalır. Rövşən Əhmədovu isə ikinci pillədən 9 qol ayırır.

 

1. Nazim Əliyev - 183

2. Müşfiq Hüseynov - 125

3. Rövşən Əhmədov - 116

4. Qurban Qurbanov - 115

5. Samir Ələkbərov - 115

6. Alay Bəhramov - 108

7. Nadir Nəbiyev - 103

8. Xaqani Məmmədov - 102

9. Vadim Vasilyev - 102

10. Kənan Kərimov - 101.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right