“Qarabağ”dan ayrılan futbolçu Çində “Burada vəziyyət çox yaxşıdı”

Qış fasiləsində “Qarabağ”ı Çinin “Çendu Better Siti” klubuna dəyişən futbolçu Dani Kintana yeni komandasının düşərgəsinə qoşulub.

Newsport.az xəbər verir ki, bu barədə “Report”a ispaniyalı yarımmüdafiəçinin özü məlumat verib.

33 yaşlı yarımmüdafiəçi bildirib ki, bir neçə gündür klubun təmsil etdiyi Çendu şəhərindədi: “Artıq komanda ilə birlikdəyəm. Burada vəziyyət çox yaxşıdı. Hamı normal həyata qayıdıb. Koronavirus təhlükəsi ölkənin bəzi əyalətlərində davam etsə də, Çendu şəhərində hər şey qaydasındadı”.

Qeyd edək ki, Dani Kintana 2015-ci ildən “Qarabağ”da çıxış edirdi. O, “köhlən atlar”ın heyətində 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right