Emil Balayev "Panatinaikos"a keçə bilər

"Zirə"nin və millimizin qapıçısı Emil Balayev karyerasını Yunanıstanda davam etdirə bilər.

Newsport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, "Panatinaikos" 26 yaşlı qolkiperlə maraqlanır.

Balayevlə yanaşı, Fabiano Ribeyro, Kladio Ramos və Yorq Zibenhandl da Afina təmsilçisinin transfer siyahısındadır.

"Panatinaikos"un yay transfer dönəmində bu qapıçılardan birini transfer etməyi planlaşdırdığı bildirilir.

Qeyd edək ki, Emil Balayevin "Zirə" ilə müqaviləsi mövsümün sonunadəkdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right