"Düşünürsən ki, bu, bir filmdir" Asmir Beqoviç

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Milan"da oynayan Asmir Beqoviç İtaliyada koronavirusla bağlı vəziyyətdən danışıb.
 
Newsport.az "İrish Mirror"a istinadən xəbər verir ki, müqavilə ilə "Bornmut"a məxsus olan bosniyalı qolkiper Milan küçələrinin tamamilə boş olduğunu deyib: "Şəhər mühasirədədir.  Açıq olan yeganə yer supermarketlərdir. Bir az yemək ala bilərsiniz və sonra birbaşa evinizə qayıdırsınız. Bu dəlilikdir.
 
Milan böyük şəhərdir, mən bu şəhərdə yaşayıram. Düşünürsən ki, bu, bir filmdir. İnsanlar bunun bir film səhnəsi kimi olduğunu söylədi və həqiqətən də belədir.  Əvvəllər belə bir şey görməmişəm. İnsanların burada nə qədər pis olduqlarını anladıqlarından əmin deyiləm".
Beqoviç virusun İtaliyaya çox təsir etdiyini vurğulayıb: "Bunun səbəbini bilmirəm. Çox sayda insan öldü. İnsanların virusa yoluxduğu bir ölkədə hiss edirsən. İnsanların ürəkləri parçalanır".
 
O, virusun futbola təsirindən də danışıb: "Əvvəlcə oynamamağımızla bağlı mübahisələr yarandı. Bir neçə oyun azarkeşsiz oldu. Bu, bizim üçün heç də böyük bir təcrübə deyildi. Sonra isə bütün oyunlar dayandırıldı. Bu, çox tez baş verdi. Bu həftə ən pik növtə oldu. Demək olar ki, bütün şəhər bağlıdır, saat 6-da sonra restoran tapmaq mümkün deyil. Bu sözün həqiqi mənasında tez olan bir addım idi".
 
Beqoviç deyib ki, hazırda  məşq etmirlər: "Milan"da heç kimin testi müsbət nəticələnmədi. Bütün insanların görməli olduğu tədbirlərə biz də əməl edirik. Məşq edə bilməməyimiz çox qəribədir. Başqa işlər görməyə çalışmalısınız. "Netflix"də izləyə biləcəyiniz filmlər var. Mən məşğul olmağa çalışıram. Formada qalmaq üçün bunu edirəm. Səbrlə hər şeyin normala dönməsini gözləyirəm".
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right