“Qarabağ” da dayandı

Dünyada koronavirusun sürətlə yayılması idman sahəsinə də şok effekti verib. İstər ölkədaxili, istərsə də beynəlxalq yarışlar təxirə salınıb. “Barselona”, “Real Madrid”, “Yuventus” və başqa komandalar fəaliyyətini dondurmaq məcburiyyətində qalıb.   

Newsport.az-ın məlumatına görə, son 6 ildə ölkəmizi Avropa yarışlarında layiqincə təmsil edən, yeddiqat ölkə birincisi “Qarabağ” klubu da fəaliyyətini müvəqqəti dayandırıb. Ağdam təmsilçisi kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədilə belə addım atıb.

Müxbirimizə açıqlamasında “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məşqlərin təxirə salındığını bildirib.

“Dünyada koronavirusun sürətlə yayılması bütün insanlar kimi bizə də təsir edib. Bilirsiniz ki, ölkədaxili yarışlar dayandırılıb. “Qarabağ”ımız mövcud vəziyyətlə əlaqədar məşqləri təxirə salıb. Növbəti addımlar haqqında bazar ertəsi ictimaiyyətə məlumat veriləcək”. 

Supersport.Az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right