Novruzovun çıxış etdiyi Estoniya liqası dayandı: "Vəziyyət ciddidir"

Azərbaycanlı futbolçu Nurlan Novruzovun çıxış etdiyi Estoniya liqası koronavirus epidemiyası səbəbindən təxirə salınıb. Newsport.az xəbər verir ki, oyunçu özü bu barədə soial şəbəkə hesabından paylaşım edib.

Nurlan feysbuk hesabından “Məşqlər və oyunlar təxirə salındı. Məktəblər də bağlanıb, ölkədən çıxışa qadağa qoyulub. Vəziyyət ciddidir. Allah hamımıza kömək olsun” yazıb.

Qeyd edək ki, Novruzov sözgedən ölkənin “Trans” (Narva) klubunda forma geyinir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right