"Keşlə"də 3 yeni futbolçu

Bu gün "Keşlə" akademiyasının 3 yetirməsi - Pənci Ağazadə, Fərid Muxtarov (hər ikisi U-19) və Sahib Həsənov (U-16) əsas komandaya cəlb olunublar.

 

Newsport.az xəbər verir ki, futbolçular baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında əsas komanda ilə məşqlərə başlayıblar.

 

Tərlan Əhmədovun qərarına əsasən, gələcəkdə akademiyada oynayan və özünü yaxşı tərəfdən göstərən digər futbolçular da əsas komandanın məşlərində iştirak edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right