AFFA videotəmrinlər hazırladı

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-9, U-10, U-11, U-12, U-13, U-14, U-15, U-16, U-17 və Gənclər liqalarının, U-11, U-13 və U-16 qızlar liqalarının, həmçinin "Coca-Cola Məktəbli kuboku"nun oyunları 2020-ci il martın 27-dək təxirə salınıb.

Newsport.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, təhsil müəssisələrində də tədris prosesinə müvəqqəti fasilə verilməsini, həmçinin klubların nəzdindəki uşaq, yeniyetmə və gənclər komandalarında məşqlərin qeyd olunan müddətə dayandırılmasını nəzərə alaraq, AFFA tərəfindən videotəmrinlər hazırlanıb. Futbolla məşğul olan uşaq, yeniyetmə və gənclər həmin videoçarxlarda göstərilən təmrinləri yaşadıqları ərazinin yaxınlığındakı müvafiq sahələrdə gündə 2 dəfə olmaqla yerinə yetirməklə idman formasını qoruyub saxlaya bilər. Eyni zamanda, futbolla mütəmadi məşğul olmayan şagird və tələbələrin də idman dərslərinin müvəqqəti olaraq keçirilməməsini nəzərə alaraq, videoçarxlarda öz əksini tapmış hərəkətlərdən istifadəsi tövsiyə olunur.

Videotəmrinləri diqqətinizə çatdırırıq: 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right