Azərbaycan Premyer Liqası azarkeşsiz keçiriləcək - PFL açıqladı

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I Divizionun 19 və 20-ci, Premyer Liqanın 21 və 22-ci turlarının azarkeşsiz keçirilməsi haqqında əmr imzalayıb.

Newsport.az-ın məlumatına görə, bu barədə PFL-in saytı məlumat yayıb:

“Ümumdünya Səhiyyə Təşkilatı son günlərdə koronavirus xəstəliyinə yoluxma hallarının artmasını, virusun coğrafiyasının genişlənməsini nəzərə alaraq dövlətlər tərəfindən müvafiq preventiv tədbirlərin gücləndirilməsi, eləcə də kütləvi tədbirlərin təxirə salınması təşəbbüsü ilə çıxış edib. Virusun dünya üzrə əhatə dairəsi genişləndiyindən ölkəmizdə də müvafiq profilaktik tədbirlər gücləndirilib.

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılan Operativ qərargah mütəxəssislər ilə aparılan məsləhətləşmələr və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrindən irəli gələrək ayrı-ayrı qurumları yaxın müddətdə hər hansı kütləvi tədbir keçirməməyə, artıq təyin olunan tədbirlərin tarixini isə dəyişdirməyə çağırır.

Adamların sıx toplaşdığı məkanlarda virusa yoluxma riski yüksək olduğundan və ölkəmizdə virusa qarşı aparılan mübarizə ilə əlaqədar Birinci Divizionun 19 və 20-ci, Premyer Liqanın 21 və 22-ci turları azarkeşsiz keçirilsin.

Oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunsun. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etsin.

PFL-in prezidenti Ramin Musayev”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right