Volkov "Zirə"də 64-cü oldu

Davit Volkov “Zirə”nin heyətində qol hesabını açıb.

 

Newsport.az-ın məlumatına görə, gürcüstanlı oyunçu ilk qolunu Premyer Liqanın 20-ci turunun “Səbail”lə səfər matçında vurub. 3:1 hesablı qələbədə pay sahibi olan Volkov klub tarixinə qol sevinci yaşayan 64-cü oyunçu kimi düşüb.

 

O, Premyer Liqada “Zirə” forması ilə fərqlənən 42-ci futbolçu olub. Volkov “qartallar”ın heyətində yüksək dəstədə qol sevinci yaşayan ilk gürcüstanlıdır. Ona qədər Premyer Liqada 17 ölkədən olan 22 legioner fərqlənib. Gürcüstan bu siyahıda 18-ci, Davit isə 23-cü olub.

 

Komandada Fransa, Serbiya hərəsindən 3, Paraqvaydan 2, Albaniya, Botsvana, Fil Dişi Sahili, Gürcüstan, Haiti, İspaniya, Malavi, Mali, Moldova, Monteneqro, Nigeriya, Qana, Rumıniya, Salvador, Trinidad və Tobaqodan bir futbolçu qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right