Aleşandre Kriştavao: “Həmin epizod “Qarabağ”la fərqimizi göstərdi”

Premyer Liqanın 20-ci turunda evdə "Qarabağ"a 0:2 hesabı ilə uduzan "Keşlə"nin hücumçusu Aleşandre Kriştavao oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Newsport.az-ın məlumatına görə, anqolalı hücumçu oyunu şərh edib:
 
- İlk hissədə 2 qol epizodumuz oldu. Onlardan birini 100 faiz dəyərləndirmək olardı. Əfsuslar olsun ki, o epizodları qaçırdıq. “Qarabağ”a qarşı çətin oyun keçirdik.
 
- İkinci hissədə 100 faizli qol epizodun oldu. Fərqlənsəydin, nəticə fərqli olardı?
- Bu epizod “Qarabağ”la fərqimizi göstərdi. Biz fürsətləri qaçırtdıq, “Qarabağ” qol epizodlarını dəyərləndirirdi.
 
- “Qarabağ” Çempionlar Liqasında oynamış komandadır. Bunu qarşılaşma zamanı hiss etdin?
- “Qarabağ”ın keyfiyyətli komanda olduğunu bilirik. Bunu oyunları ilə nümayiş etdirdilər. Hazırda turnir cədvəlində də liderdir.
 
- Lorenso Frutos bombardir olsa da, sən gələndən sonra ehtiyatda əyləşir. Belə olacağını düşünürdün?
- Frutos yaxşı hücumçudur. Bu, məşqçinin seçimidir. Onun etimadını doğrultmağa çalışıram.
 
- Azərbaycan Premyer Liqası barədə düşüncələrin necədir? Qol vurmamağın çempionatın ağır keçməsi ilə əlaqəlidir? 
- Hər oyun epizodlar yaranır və bunu qola çevirməyə çalışıram. Təəssüflər olsun ki, qaçırdığım fürsətlər də olur. Öz üzərimdə işləyirəm, səbirli olub, keyfiyyətimi göstərməyə çalışıram.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right