Bəhlul Mustafazadə: "Rəşad Sadıqovun taktiki biliyi yüksək səviyyədədir"

Sabah"ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında olan Rəşad Sadıqovla bağlı açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 23 yaşlı müdafiəçi onda müasir məşqçiyə aid bütün keyfiyyətlərin olduğunu deyib:

"Hesab edirəm ki, onda müasir məşqçiyə aid bütün  keyfiyyətlər var. Rəşad Sadıqovun taktiki biliyi yüksək səviyyədədir. O, həmçinin futbolçulara psixoloji baxımdan hansı yanaşmanın lazım olduğunu yaxşı bilir. Mən hələ onun futbolçuları necə motivasiya etdiyindən danışmıram" (azerisport.com).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right