"Azərbaycanda kiminsə bu ermənini hədələdiyini düşünmürəm"

"Azərbaycanda kiminsə Mxitaryanı hədələdiyini düşünmürəm".

Newsport.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin sabiq futbolçusu Vaqif Cavadov "Yandex.ru"ya geniş müsahibəsində "Roma"da çıxış edən Henrik Mxitaryanın Bakıdan təhdid almasına münasibət bilrirərkən deyib.

Hazırda klubsuz olan 31 yaşlı yarımmüdafiəçi Azərbaycanın qonaqpərvər bir ölkə olduğunu söyləyib: "Artıq burada erməniləri qəbul etmişik, onların təhlükəsizliklərini də təminat verilib.

İdmançılar üçün hər şey təmin edildi. Biz düşmənlərimizi qəbul etmək bacarığı ilə məşhuruq. Azərbaycanda normal idman tədbirləri keçirilib. İdman siyasətlə əlaqəli deyil".

Müqavilə ilə "Arsenal"a məxsus olan Henrik Mxitaryan 2019-cu ildə Bakıda keçirilən Avropa Liqasının finalı üçün Azərbaycana gəlməkdən imtina edib. Bakı Olimpiya Stadionundakı qarşılaşma "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right