Arif Əsədov: "Qrupda 1-ci yeri tutmağımız reallıqdan uzaqdır"

Azərbaycan millisinin məşqçisi Arif Əsədov Millətlər Liqasının püşkünü dəyərləndirib.

 

Newsport.az xəbər verir ki, mütəxəssis yığmanın qrupda 2-ci yer uğrunda mübarizə apara biləcəyini deyib:

 

"Nə güclü, nə də zəifdir, orta dəyərləndirərdim. Lüksemburqla daha əvvəl qarşılaşmışıq. Monteneqro və Kiprlə ilk dəfə üz-üzə gələcəyik. Fikrimcə, bərabər səviyyəli qrupdur. Hər bir komandanın imkanı var. Avropa çempionatının seçmə mərhələsində güclü qrupda yer almışdıq. O təcrübə bu mərhələdə millimizə kömək ola bilər.

 

Monteneqro daha çətin rəqibdir. Ümumiyyətlə, bizim Monteneqro, Kosovo kimi yığmalarla oyunlarımız çətin keçir. Komandamız təcrübə yığıb. Baş məşqçi təyinatından sonra bu rəqibləri analiz edib, güclü və zəif cəhətlərini müəyyənləşdirib, yaxşı nəticə əldə etməyə çalışacağıq.

 

Qrupda 1-ci yeri tutmaq bizim üçün reallıqdan uzaqdır. Amma 2-ci yer uğrunda mübarizə aparmaq olar. Futboldur, hər şey ola bilər. Başlanğıcdan çox şey asılıdır".

 

Azərbaycan millisi C Liqasının I qrupunda Monteneqro, Kipr və Lüksemburqla mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right