"Zirə" hədəfləri olan maraqlı komandadır" - Emil Balayev

"Zirə"nin yeni transferi Emil Balayev Bakı klubuna keçidini şərh edib.

Newsport.az-ın məlumatına görə, klubun saytına danışan millimizin üzvü bununla bağlı deyib:

"Burada olduğuma görə şadam. "Zirə" hədəfləri olan maraqlı komandadır. Burada millidə də bərabər oynadığım, əvvəldən də yaxşı tanıdığım futbolçular var. Son vaxtlar nəticələr yaxşı olmasa da, komandanın uğur qazanacağına inanıram. Bunun üçün mən də bacardığımın ən yaxşısını etməyə çalışacam".

Qeyd edək ki, E.Balayev "Zirə" ilə bu mövsümün sonuna kimi müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right