Ağabala Ramazanov: "Rəşad Sadıqov milli üçün ideal variantdır"

"İstəyirəm ki, yığmada yerli və xarakterli baş məşqçi olsun. Ad çəkmək istəmirəm, amma yerli mütəxəssisin tərəfdarıyam".

 

Newsport.az xəbər verir ki, bu fikirləri "Zirə"nin futbolçusu Ağabala Ramazanov deyib. 27 yaşlı hücumçu bildirib ki, yığmada oyunçuları və onların xarakterini tanıyan mütəxəssis çalışmalıdır:

 

"Ramil Şeydayev açıqlamasında Rəşad Sadıqov deyib. Şəxsən mən də Rəşad Sadıqov deyərdim. Nəyə görə? Çünki Ramil Şeydayev bu fikri səsləndiribsə, elə-belə deməyib. Bizim xarakterimizi bilən, matçlara kökləndirən ancaq xarakterli biri olmalıdır. Düşünürəm ki, Rəşad Sadıqov milli üçün ideal variantdır (Report)".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right