Daha bir futbolçumuz gürcü klubunda

Gürcüstanın milli liqasında çıxış edən “Şevardeni-1906” klubu 21 yaşlı azərbaycanlı futbolçu Murad İsmayılzadəni sıralarına qatıb.

Newsport.az-ın xəbərinə görə, on gün əvvəl komandanın təlim-məşq toplantısına qoşulan gənc futbolçu və paytaxt təmsilçisi arasında martın 1-də bir illik müqavilə imzalanıb. Gənc yarımmüdafiəçiyə 21 nömrəli forma təqdim edilib.

“İnter” PFK-nin yetirməsi olan Murad İsmayılzadə karyerası boyunca “İnter”, “Zirə”, “Sabah” klublarında oynayıb, müvafiq yaşlarında U-17 və U-19 Azərbaycan milli komandalarına cəlb olunub.

Tbilisi şəhərinin təmsil edən “Şevardeni-1906” komandası Qafqazın ən qədim idman cəmiyyətlərindən biri sayılır, 1911-ildə gürcü futbolunun təməlini qoyan komanda kimi tarixə keçib. 1987-ci ildə SSRİ çempionatının 2 liqa 9 zonasında debüt edib. 1990-cı ildən Gürcüstanın yüksək liqasında, 2001-ci ildən isə I divizionda çıxış edir.

Xatırladaq ki, başqa bir azərbaycanlı futbolçu – Nicat Qurbanov hazırda Gürcüstanın “Samtredia” komandasında  çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right