İsrafilov üçün 4 dəqiqə və 1 xal

Futbol üzrə İspaniya 2-ci liqasında 30-cu turun oyunları keçirilib.

Newsport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Rayo Valyekano” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

İsrafilov da bu oyunun iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb.

“Albasete” hazırda 34 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right