Mövsümdə 2-ci dəfə

Futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turunda baş tutan 4 oyundan üçündə heç-heçə qeydə alınıb.

Newsport.az xəbər verir ki, “Qarabağ” – “Sabah” matçı 0:0, “Neftçi” – “Səbail” qarşılaşması 1:1, “Sumqayıt” – “Keşlə” görüşü 2:2 hesabı ilə başa çatıb.

Yalnız “Zirə” – “Qəbələ” oyununda (1:2) qalib müəyyənləşib. Bununla da, cari mövsümün heç-heçə rekordu təkrarlanıb. 10-cu turda da eyni sayda bərabərlik yaşanmışdı.

Ölkə çempionatlarının indiki formatda – 8 komanda ilə 4 dövrədə keçirildiyi müddətdə 7-ci dəfə belə hadisə qeydə alınır. 2016/17 mövsümündən başlayaraq bunadək 6 turda heç-heçə rekordu qeydə alınmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right