Roberto Bordin danışdı: "Azərbaycan klubları heç vaxt..."

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, itlaliyalı mütəxəssis “Şerif”də çalışdığı dönəmdə “Qarabağ”a qarşı oyunu xatırlayıb:

“Avrokuboklarda yaxşı təcrübəsi olan bir komanda ilə oynamışdıq. Yadınızdadırsa, bundan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəldilər. İlk görüşdə uduzmamağımıza baxmayaraq, bizim üçün çox çətin oldu. Düzünü deyim, heç-heçəni qazanmaq üçün çox çalışmalı olmuşduq. Evdə isə “Qarabağ” daha yaxşı idi. Ancaq cavab oyununda iki yaxşı imkan əldə etmişdik. Onlardan istifadə etsəydik, hər şey fərqli ola bilərdi. Çünki irəli çıxacaqdılar və rəqibi əks hücumlarda tuta bilərdik. Lakin səhvlərimiz ucbatından qol buraxdıq və sonra da nə baş verdiyi məlumdur”.

Bordin Azərbaycanda işlədiyi dönəmdən də söz açıb. O, “Neftçi”yə keçdiyi üçün peşman olmadığını bildirib:

“Heç vaxt peşman olmamışam. "Neftçi"nin də yaxşı cəhətləri var. Avropa Liqasının təsnifat mərhələsində  güclü “Arsenal”ı (Tula)  məğlub etdik.  Azərbaycan klubları heç vaxt Rusiya komandalarına qalib gələ bilməmişdi. Biz buna nail olduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, “Şerif” mənə çox şey verdi. Məni belə bir komandaya dəvət etdikləri üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür”.

Qeyd edək ki, “Qarabağ” 2017-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə evdə heç-heçə (0:0) etsə də, səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right