Rodriqo Qattas: "Ümid edirəm ki, onlar kimi yaxşı çıxış edəcəm"

“Qəbələ”nin çillili hücumçusu Rodriqo Qattasa İspaniya mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, o, komandaya və ölkəyə uyğunlaşmağa çalışdığını bildirib:

"Mən gec parıldaya bildim. Ancaq indi daha yetkin yaşdayam və ən yaxşısını etməyə çalışıram.  Komanda yoldaşlarıma, şəhərə, kluba və məşqçi heyətinə mümkün qədər tez uyğunlaşmaq istəyirəm. Bakını hələ tam gəzə bilməmişəm. Amma gördüklərimdən onu deyim ki, çox gözəl bir şəhərdir. Cəlbedici binalar və gecə rəngarəng yanan işıqlar şəhəri çox yaxşı göstərir. Olduqca lüks yerlər var. Mənə burada ucuzluq olduğunu demişdilər. Ancaq bununla razılaşa bilməyəcəm (gülür). Futbolçular aktiv həyat tərzinə görə minnətdar olmalıdırlar. Futbol gənc yaşda bir çox yerləri gəzmək, fərqli hisslər yaşamaq, digər sahələrin vermədiyi misilsiz təcrübələr qazanmaq imkanı yaradır. Təkcə futbol deyil, həyat üçün də yaşanan bu təcrübələrə sahib olduğum üçün xoşbəxtəm. Təqaüdə çıxdıqdan sonra bunları nəvələrimə danışa biləcəyəm. Nikolas Kanales və İqnasio Errrera çillili oyunçuların bura qapısını açdılar. Bu gün isə mənim növbəmdir, bəlkə də sabah başqası olacaq. Ümid edirəm ki, onlar kimi yaxşı çıxış edəcəm. Bəlkə də tanınmayan bir liqada çıxış edirəm. Ancaq avrokuboklara iddia edən ilk sıralardakı komandalarda yaxşı rəqabət var. Mən də bu həyəcanı yaşamaq istəyirəm”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right