"Koronavirusa görə evdən çıxmamağa çalışıram" - Mamadu Kane

"Neftçi"nin futbolçusu Mamadou Kane Azərbaycan Premyer Liqasının 19-cu turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb:

- Doğrudan da 90 dəqiqə ərzində yaxşı oynadıq, rəqibi üstələdik. Amma son 10 dəqiqədə bir qədər oyuna nəzarəti itirdik. Bu da qol buraxmağımızla nəticələndi. Bu gün güclü külək həm bizim, həm də rəqibin oyununa, eləcə də buraxdığımız qola öz təsirini göstərdi.

- "Neftçi" qış fasiləsindən sonra 3 heç-heçə və 1 qələbə qazanıb. Demək olar ki, komandada heç nə dəyişməyib, eyni vəziyyətdir?

- Məşqçi amili o qədər də vacib deyil. Biz onsuz da futbol oynamalıyıq, nəticə qazanmalıyıq. Çünki "Neftçi"də oynayırıq. Bu komanda üçün çalışmalıyıq. Futbolda belə şeylər olur. Konsentrasiyamızı itirmişdik.  Amma mən deməzdim ki, heç nə dəyişməyib. Siz özünüz də bizim oyunumuzu  görürsünüz. Həm bu gün, həm də "Qəbələ"yə qarşı çox inamlı çıxış etdik. Fikrimcə, dəyişikliklər var idi. Amma yenə də məşqçi Bordin və ya digəri olsa da, biz matça çıxıb, qələbəyə görə oynamalıyıq.

- Deyirsiniz ki, konsentrasiyanızı itirmişdiniz. Amma "Qarabağ" da xal itirmişdi. Sizin üçün yaxşı şans idi. Sizcə, yenə belə bir şans olacaq, "Qarabağ" xal itirəcək?

- Çempionat hələ bitməyib. Düzdür, bu gün biz şansımızı qaçırdıq. Amma belə şanslar olacaq. Çünki hələ qarşıda bir neçə tur var. Biz yenə də çempionluq üçün vuruşacağıq. Hər şey edəcəyik ki, "Qarabağ"a yaxın olaq, sonda çempionluğu qazanaq.

- Koronavirusdan necə qorunursunuz? Bu virusa qarşı bir panikanız yaranıbmı?

- Əvvala çox heyif ki, planetimiz belə bir problemlə üzləşdi. Biz nə edə bilərik? Allaha dua edə bilərik ki, tezliklə bitsin, bu virus, yer kürəsində olmasın. Mən şəxsən çalışıram ki, məşqlərdən sonra dərhal evə gedim, heç yerə çıxmayım. Evdən çıxmağı imkan daxilində  məhdudlaşdırdım.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right