Elmar Baxşıyev: "Futbolçular ağır yükün altından yaxşı çıxdılar"

Azərbaycan Premyer Liqasında XIX turun “Zirə” – “Qəbələ” (1:2) oyunundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırdı.

Newsport.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirdi...

- Həm bizdə, həm də “Zirə”də çətin durum idi. Qış fasiləsindən sonra sərgilədiyimiz oyun qarşıda daha yaxşı nəticələr olacağına inam verirdi. Sadəcə, nəticələr yox idi. Komandanın göstərdiyi futbol bizi qane edirdi və inanırdıq ki, bu vəziyyətdən çıxacağıq. Sevinirik ki, bu gün futbolçulardan istədiyimizi görə bildik.

- İkinci hissədə komandanın daha yaxşı olması üçün hansı tapşırıqları vermişdiz?
- Oyunu hissələrə bölə bilməzdim. Komandanın ilk yarıda göstərdiyi futboldan məmnun qaldım. Tapşırıqları fasiləyə qədər yaxşı icra edidilər. İkinci hissədə risk etməliydik. Komandanın üzərinə artıq yük düşürdü. Seviinirəm ki, futbolçular bu ağır yükün altından yaxşı çıxdılar.

- Abdelrafik Jerarın oynamaması nə ilə bağlı idi?
- Məşqdə zədələnmişdi. Buna görə meydana çıxmadı.

- Bu qələbə daha yaxşı nəticələr üçün başlanğıc ola bilərmi?
- Bu komandanın potensialı var, oynamağı bacarır. Qışa kimi də göstərmişdik ki, necə təhlükəli, baxımlı futbol oynaya bilirik. Fasilədə aparıcı futbolçularımızın bir neçəsi getdi. Yeni gələnlər elə dövrdə qoşuldular ki, onların adaptasiya olmasına vaxt lazım idi. Getdikcə daha yaxşı olacağımıza inanıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right