“Sumqayıt”ın ofisində oğurluq oldu, kameraya düşdü

“Sumqayıt”ın bazasında oğurluq baş verib.

Newsport.az-ın məlumatına görəaxşam saatlarında naməlum şəxs “Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünal və menecer Fərhad Həsənovun otağına pəncərədən daxil olaraq, onlar məxsus noutbukları oğurlayaraq aradan çıxıb.

Həmin vaxt stadionun gözətçisi iş başında olsa da, oğurluq edən şəxsi görməyib. Müşahidə kameralarının qeydə aldığı görüntülərdə isə oğrunun əlində kompüterlər sakit halda stadionu tərk etdiyi görünür.

Ancaq müşahidə kamerları həmin şəxsi arxadan çəkib. Mənbəmiz onu da bildirdi ki, oğurluqla bağlı polisə məlumat verilib və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər, əl izlərini götürüblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right