Azərbaycandakı legioner: "Sanki şok yaşadım, özümü pis hiss etdim"

"Ani bir epizodda zədələndim. Sanki şok yaşadım. Özümü pis hiss etdim".

Newsport.az-ın məlumatına görə, bene "Keşlə"nin legioneri Con Kamara səfərdə "Sumqayıt"la 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIX tur matçı haqda deyib.

Oyunun 21-ci dəqiqəsində xəsarət alaraq yerini Pərviz Azadova verən sierra-leoneli yarımmüdafiəçi zədəsinin ciddi olmadığını bildirib. 32 yaşlı oyunçu hər şeyə həkim müayinəsindən sonra aydınlıq gələcəyini diqqətə çatdırıb.

Kamara oyun barədə də fikirlərini bölüşüb: "Hər iki komanda qol epizodlarından yararlanmağa çalışdı. Hərəyə 2 qol imkanları dəyərləndirildi və yekunda heç-heçə qeydə alındı".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right