"Qəbələ"ni yenidən iddialı görəcəyikmi? – Prezident danışdı

- Mövsümün ikinci yarısında keçirdiyiniz ilk 4 oyunda məğlub olmusunuz. Qışdan sonra nə dəyişdi ki, komandada eniş yaşandı?
- Qışdan sonra heyətdəki dəyişikliklər enişin əsas səbəbi kimi göstərilə bilər. Çünki komanda iki əsas oyunçusunu itirdi. Bununla belə, heyətdə yer alan futbolçulara da inamımız böyükdür. Birlikdə bu vəziyyətdən çıxmağa çalışırıq.

- Yaranmış enişi Davit Volkovun gedişi ilə əlaqələndirmək olar? Çünki ilk yarıda hücum yükünü təkbaşına daşıyırdı.
- Davit bizim üçün önəmli oyunçu idi. Xüsusilə son matçlarda ön plana çıxmışdı. Amma onun qədər Niassenin də, hazırda heyətimizdə olan futbolçuların da uğurlu seriyada əməyi olmuşdu. Sırf hücum xəttinə gəlincə, akademiyamızın yetirmələri də komanda üçün vacib qollara imza atmışdılar. Düşünürəm ki, tezliklə yenidən uğurlu seriyaya başlayacağıq.

- Yeni transfer Nikolas Raysel zədələnib. Azad agent statusuna malik yeni oyunçu gətirmək fikriniz varmı və bu yöndə hansısa danışıq aparılırmı?
- Rayselin zədəsi ciddi deyil, tezliklə heyətə qatılacaq. Yeni oyunçunun gəlişi hazırda gündəmimizdə yoxdur.

 

<p style="box-sizing: border-box; margin-top: 0px; margin-bottom: 1rem; color: rgb(33, 37, 41); font-family: -apple-system, BlinkMacSystemFont, " segoe="" ui",="" roboto,="" "helvetica="" neue",="" arial,="" "noto="" sans",="" sans-serif,="" "apple="" color="" emoji",="" "segoe="" ui="" symbol",="" emoji";="" font-size:="" 16px;"=""> - Gələn mövsümlə bağlı planınız hazırdırmı? Azarkeşlər yenidən iddialı "Qəbələ" görəcəklər, yoxsa gənclərlə oynamaq strategiyasını dəyişməyəcəksiniz?
- Növbəti mövsüm barədə danışmaq üçün hələ tezdir. Real büdcəmiz imkan verdiyi qədər iddialı olmağa çalışacağıq. Gənclərimizin inkişafı bizim üçün çox vacibdir. Ona görə də məşqçilər qarşısında onlara daha çox şans vermək tapşırığı qoyulub. Sözsüz ki, imkan daxilində (apasport.az).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right