Millinin yeni baş məşqçisi məlum oldu

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Yığmanı Canni de Byazi çalışdıracaq.

Newsport.az-ın məlumatına görə, artıq italiyalı mütəxəssislə razılıq əldə edilib. AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidi.

Açıqlamanın indi verilməsinin dəqiq səbəbini öyrənə bilməsək də, bunun martın 3-də keçiriləcək Millətlər Liqasının püşkatmasından sonra olacağı ehtimal edilir.

Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdıran Cani de Byazi həmin zamandan işsizdi. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AVRO-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.

"FutbolPress"
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right