Milli "Keşlə"ni məğlub etdi, "Səbail"ə uduzdu

Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunları keçirib. 

Newsport.az-ın məlumatına görə, əvvəlcə “Keşlə”nin eyni yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığma 3:1 hesablı qələbə qazanıb. U-19-un qollarını Rüfət Əhmədov, Samir Məhərrəmli və Camal Cəfərov vurub.

 

Bu gün isə “Səbail”in müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş görüş U-19-un məğlubiyyəti ilə yekunlaşıb - 1:2. Yığmadan Camal Cəfərov fərqlənib.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right