Renat yenə debüt edə bilmədi

Millimizin üzvü Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton” Avropa Liqasının 1/16 final mərhələsinin cavab görüşündə “Espanyol”a 2:3 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, yığmamızın üzvü bu oyunda çıxış etməyib. Renatın adı matçın iştirak ərizəsinə daxil edilməyib. İlk matçda fərqli qələbə qazanan "canavarlar"ın bu görüşdə gənclərə şans verməsi gözlənilirdi. Ancaq milli üzvü bu səfər də əsas heyətlə debüt edə bilməyib. Dadaşov hələki “Vulverhempton”un U23 komandasında çıxış edir.

Qeyd edək ki, İngiltərə təmsilçisi ilk qarşılaşmada rəqibini 4:0 hesabı ilə məğlub etdiyi üçün iki oyunun nəticəsinə görə növbəti mərhələyə yüksəlib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right