Elvin Yunuszadə niyə debüt edə bilməyib?

Bosniya və Herseqovinanın “Çelik” klubuna transfer olunan Elvin Yunuszadə çempionatın sonuncu turunda komandası ilə debüt etməməsinin səbəbi bəlli olub. Newsport.az xəbər verir ki, buna səbəb, futbolçunun "oturum icazəsi" ala bilməməsi olub.

Elvinlə bərabər komandaya qış fasiləsində qoşulan digər oyunçular da eyni səbəbdən "Çelik"ə kömək edə bilməyiblər. Hətta baş məşqçi Ümit Ozat da bu problemi yaşayıb. O, futbolçularla bərabər 20-ci turda “Zrinsiki”yə qarşı keçirilən görüşü (0:2) tribunadan izləyib. Qarşılaşmada ancaq yerli oyunçular çıxış edib.

Yunuszadənin saytımıza verdiyi məlumata görə, problemin yaxın günlərdə həll olunacağı gözlənilir. O, növbəti görüşdə oynaya biləcəyini ümid etdiyini bildirib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah