Renat 90 dəqiqə oynadı

İngiltərə Premyer Liqa kubokunda növbəti oyunlar keçirilib.
 
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Vulverhempton”un U-23 komandası doğma meydanda “Derbi Kaunti”nin U-23 kollektivi ilə üz-üzə gəlib. Görüş “Vulverhempton”un məğlubiyyəti ilə başa çatıb – 1:3.
Dadaşov start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
H qrupunda yer alan  “Vulverhempton” 9 xalla ikinci yeri tutub və pley-off mərhələsinə vəsiqə qazanıb.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right