"Real Madrid" "Mançester Siti"yə, "Yuventus" "Lion"a qarşı Yenilənir

Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları davam edir. Newsport.az xəbər verir ki, bu gecə daha iki qarşılaşma keçiriləcək.

Turun mərkəzi görüşü İspaniyada baş tutacaq. “Real Madrid” evdə “Mançester Siti” ilə üz-üzə gələcək. La Liqada son iki turda qalib gələ bilməyən “Kral klubu”yla, Premyer Liqada çempionluqdan uzaq düşən “şəhərlilər”in qarşıdurması maraqla gözlənilir. Qarşılaşma öncəsi hər iki tərəfdə də itkilər var. Madrid təmsilçisində Asensio və Eden Azar kənarda qalacaqsa, “Mançester Siti” uzun müddətdir zədəli olan Leroy Sanedən istifadə edə bilməcək.

Gecənin digər matçı isə Fransada baş tutacaq. “Lion” doğma meydanda “Yuventus”u qəbul edəcək. Hər iki görüş Bakı vatı ilə saat 00:00-da başlayacaq.

Çempionlar Liqası, 1/8 final mərhələsi

"Lion" - "Yuventus"

Lion. “Park Olimpik Lion”. Hakim: Jesus Manzano

"Real Madrid" - "Mançester Siti"

Madrid. “Santiaqo Bernabeu”. Hakim: Daniel Orsato





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right