Millinin baş məşqçisi və qapıçısı “Xocalıda can qaldı” adlı sərgidə Foto

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio Da Silva, yığmanın qapıçısı Rövşən Hüseynli, ümumittifaq dərəcəli futbol hakimi Rüstəm Rəhimov Azərbaycan İstiqlal muzeyində Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Xocalıda can qaldı” adlı sərgi ilə tanış olublar.

Daha sonra iştirakçılar üçün ekskursiya keçirilib. Qonaqları salamlayan Azərbaycan İstiqlal Muzeyinin icraçı direktoru Sədi Mirseyibli eksponatlar və guşələrlə bağlı maraqlı faktları onların diqqətinə çatdırıb.

Rövşən Hüseynli isə milli komandanın heyətində debüt matçında geyindiyi formanı muzeyə hədiyyə edib. Sonda muzey kollektivinə təşəkkür edən iştirakçılar qeyd dəftərinə öz ürək sözlərini yazıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right