“Bakıya Kovaçeviçi gətirə bilərəm”

Türkiyə yığmasının keçmiş hücumçusu Nihat Kahveçi Avro-2020 üçün ulduzlar oyununda iştirak etmək istəyir.

Newsport.az xəbər verir ki, veteran futbolçu bununla bağlı deyib:

“Darko Kovaçeviçlə “Real Sosyedad”da tandemimiz məşhurdur. Sevinirəm ki, Azərbaycanda bu cütlüyü yaxşı xatırlayırlar. Kovaçeviçlə münasibətlərim qalır.

O indi Yunanıstanda işləyir. Ötən il olduğu kimi, bu il də Avropa çempionatının ulduzlar oyunu ilə bağlı dəvət alsam, onu da bura çağıra bilərəm. Özü də burada iştirak etməkdən zövq alar.

Bakıda 68 minlik stadionda Türkiyə millisi oynayacaq. Azərbaycanda oynayacağımızı eşitdikdə çox sevindik. Çünki xaricdə yox, öz meydanımızda oynayacağıq. Qismət olsa, Avro-2020 oyunları üçün də Bakıya gələrəm“.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right