Qurban Qurbanov yenə də qabağa gedir

Dünyanın ən yaxşı 1000 futbol məşqçisinin reytinq siyahısı açıqlanıb.

Newsport.az xəbər verir ki, Azərbaycan siyahıda yenə 1 nəfərlə təmsil olunub.

“Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla dünyanın 565-cisidir. 48 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə xal hesabını artırmasa da, 3 pillə irəliləyib.

Siyahıya “Liverpul”lu Yurgen Klopp başçılıq edir. Almaniyalı mütəxəssisin aktivində 15 min 727 xal var. “River Pleyt”in çalışdırıcısı Marselo Qalyardo bir pillə irəliləyərək, ikinci yerə yüksəlib (12816 xal). “Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Ernesto Valverde isə 12 min 666 xalla ilk “üçlüy”ü qapayır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right